Azərbaycan idmançısı Toğrul Əsgərova HÖKM OXUNDU

Azərbaycan idmançısı Toğrul Əsgərova HÖKM OXUNDU

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik satmaqda təqsirləndirilən Toğrul Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Aktual.az  qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Rahib Salmanovun sədrlik etdiyi prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə Toğrul Əsgərov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Cəlilabad rayon sakini Toğrul Əsgərovun Nəsimi rayonu ərazisində kirayədə yaşadığı evinə baxış zamanı oradan 3 kiloqram 500 qram tiryək aşkar edilərək götürülüb. T.Əsgərov basketbolçu olub. O, ölkənin bir-neçə basketbol klublarında oynayıb, "Qala" basketbol klubunun üzvü olub.
 
Aktual.az 
Xəbər 381 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR