Azərbaycan idmançıları koronavirusa görə yarışa gedə bilmədi

Azərbaycan idmançıları koronavirusa görə yarışa gedə bilmədi
  • İDMAN

Livanın paytaxtı Beyrutda keçirilməsi planlaşdırılan para-taekvondo üzrə Açıq Asiya turniri ləğv edilib.

"Report"un məlumatına görə, Türkiyə Taekvondo Federasiyasından "NTV Spor"a verilən açıqlamada yarışın koronavirusa görə baş tutmadığı bildirilir. Martın 2-də start götürməli olan yarışa Azərbaycan yığması da yollanmalı idi. Heyətdə 3 para-taekvondoçunun yer alması nəzərdə tutulmuşdu.  
Lakin Milli Paralimpiya Komitəsi (MPK) və Azərbaycan Taekvondo Federasiyasından (ATF) "Report"a verilən açıqlamada Açıq Asiya turnirinin baş tutmayacağı təsdiqlənib. MPK-dan o da əlavə edilib ki, yarışın Təşkilat Komitəsi turnirin baş tutmama səbəbini açıqlamayıb.
ATF-nin Mətbuat xidmətinin rəhbəri Samir Məhərrəmov bununla bağlı onlara hansısa səbəbin deyilmədiyini vurğulayıb: "Komandamız yarışa getməyib və bunun üçün heyət baş məşqçi tərəfindən təqdim olunmayıb. Federasiyamıza koronavirusla bağlı məlumat verilməyib. Türkiyə mətbuatında elə yazılıbsa, yəqin, belədir"
Xəbər 483 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR