Azərbaycan idmançı sayının qazandıqları medallara nisbətində birincidir

Azərbaycan idmançı sayının qazandıqları medallara nisbətində birincidir
  • İDMAN

Azərbaycan Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarına gətirdiyi idmançı sayının qazandıqları medallara nisbətində bütün ölkələri qabaqlayaraq birinci yer tutub.

Aktual.az Report-a istinadən xəbər verir ki, Olimpiadaya 56 idmançıyla gələn Azərbaycanın göstəricisi 0.36 olub.

İkinci yerdə Efiopiya (0,24), üçüncü yerdə isə ABŞ qərarlaşıb.

Ölkə əhalisinin hər milyon nəfərinin payına düşən Olimpiada medalı sayında isə Azərbaycan 8-ci yeri tutub. Ölkədə hər bir milyon sakinə Rio-de-Janeyro Olimpiya Oyunlarında qazanılmış 1,8 medal düşür.

Bu göstəricidə birinci yeri Qrenada tutub. Baham adaları ikinci, Yeni Zelandiya üçüncü sırada qərarlaşıb.

Qazandıqları medalların ölkənin iqtisadiyyatın qüdrətinə nisbətində isə Azərbaycan 6-cı yer tutub.

Bu göstəriciyə görə birinci yeri Tayvan, ikinci yeri Qrenada, üçüncü yeri isə Yamayka tutur. Azərbaycanın qonşuları Gürcüstan və Ermənistan müvafiq olaraq 4-cü və 5-ci yer tutdular.

Xatırladaq ki, Azərbaycan Rio Olimpiya Oyunlarında 18 medal qazanıb. Ümumi medal sıralamasında 39-cu olan Azərbaycan medalların sayına görə iştirakçılar arasında ən yaxşı 15-ci komanda olub.

Xəbər 596 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR