“Ötən illə müqayisədə regionlarda bu ilin ilk yarım illiyində hotellərdəki boş yerlərin tutulması 23,5% artıb”.
Aktual.az Report-a istinadən xəbər verir ki, bunu 27 sentyabr - Azərbaycanda “Turizm işçiləri günü” peşə bayramı ilə bağlı keçirilən mətbuat konfransında Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdeyib.
Nazirin sözlərinə görə, hotellərdə yerlərin dolma faizinə görə bu il artım çoxdur:
“Belə ki, İsmayıllı və Şamaxıda 92%, Göygöldə 95-100%, Qəbələdə 100%, Lerikdə 90%, Təngaltıda 95% yerlər tutulub. Hələ ki Mingəçevir və Xızıda (30%) bu il yerlərin tutulması az olub”.