Türkiyənin İzmir şəhərində əməliyyat planlaşdırması prosesi kursu keçirilir.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, kurslar iyunun 13-də başlayıb və 16-dək davam edəcək.
Bundan başqa, iyunun 13-dən 17-dək Almaniyanın Oberammerqau şəhərində kiçik, yüngül silahlar və minalarla bağlı fəaliyyətlər kursu keçirilir.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.