Azərbaycan hansı məhsulları xaricdən alır?

Azərbaycan hansı məhsulları xaricdən alır?

2016-cı ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 163 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 100 ölkəyə məhsul ixrac olunub, 154 ölkədən idxal olunub.


Aktual.az  Dövlət Statistika Komitəsinin saytına istinadən xəbər verir ki, Gömrük orqanlarında qeydiyyatı aparılan, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmayan ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilən dəyəri nəzərə alınmaqla, 2016-cı ilin yanvar-iyun aylarında xarici ticarət dövriyyəsi 10 milyard 326 milyon dollar, o cümlədən ixracın dəyəri 6 milyard 278 milyon dollar, idxalın dəyəri 4 milyard 47,2 milyon dollar təşkil edib, nəticədə 2 milyard 231 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 

Ticarət dövriyyəsinin 41,9%-i Avropa İttifaqı ölkələri, 12,6%-i MDB-yə üzv dövlətləri, 45,5%-i isə dünyanın digər ölkələrinin payına düşüb.

İxrac edilən məhsulların ümumi dəyərində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, plastik kütlə, qara metallar və onlardan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatlar, şəkər, kimya sənayesi məhsulları, pambıq ipliyi və bitki yağlarının, idxal olunmuş məhsulların dəyərində isə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, ərzaq məhsulları, qara metallardan hazırlanan məmulatlar, nəqliyyat vasitələri və onların hissələri, plastik kütlə və ondan hazırlanan məmulatlar, əczaçılıq məhsullarının xüsusi çəkisi üstünlük təşkil edib. 

Xəbər 460 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR