Azərbaycan və Gürcüstan Bakı-Tiflis-Qars (BTQ) - Marabda-Kartsaxi dəmir yolu dəhlizinin Gürcüstan hissəsinin idarə olunması üçün birgə şirkət yaradıblar.
Aktual.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
"BTKİ Railways” adlı şirkətin təsisçiləri Azərbaycan Dəmir Yolları və Gürcüstanın Marabda-Kartsaxi şirkətinin törəmə şirkətləri olub.
Yeni şirkət Marabda-Kartsaxi hissəsində infrastrukturun istismarına və idarə olunmasına, həmçinin BTQ-dən istifadə etməklə yükdaşımaların səmərəli təşkilinə və yeni yüklərin cəlb edilməsinə cavabdeh olacaq.
Azərbaycan Dəmir Yollarından bildirilib ki, Azərbaycan və Gürcüstanın bu müəssisə vasitəsilə birgə səyləri də regional nəqliyyat əlaqələrinin, xüsusilə Orta Dəhliz potensialının gücləndirilməsinə yönəldiləcək.
Xəbər 431 dəfə oxunub.