1995-2016-cı illərdə Azərbaycan tərəfindən Gürcüstana 3,4 milyard dollar investisiya yatırılıb. 2015-2016-cı illərdə Gürcüstana investisiya qoyuluşu üzrə Azərbaycan lider olub.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Tbilisidə Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ilə görüşündə bildirib.
"Hazırda Gürcüstanda 250-dən çox Azərbaycan şirkəti fəaliyyət göstərir, Azərbaycanda isə artıq 243 Gürcüstan şirkəti qeydiyyatdan keçib. "SOCAR Georgia" son bir neçə ildə Gürcüstanda ən çox vergi ödəyən şirkətdir”, - deyə nazir diqqətə çatdırıb.
Aktual.az Xəbər 423 dəfə oxunub.