İlkin məlumatlara görə, 2015-ci ilin üçüncü rübündə Gürcüstana 489 milyon dollar həcmində birbaşa investisiya yatırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 33% azdır.
Bu barədə Aktual.az AzVision.az-a istinadən xəbər verir.
2015-ci ilin 3-cü rübündə Gürcüstana yatırılan investisiyaların həcmi 1,019 milyard dollar olub, bu isə 2014-cü ilin analoji dövrü üçün olan göstəricilərdən 17% azdır.
Üçüncü rübdə investisiyaların əsas hissəsi Azərbaycanın, (ümumi həcmin 35%-i), Hollandiyanın (11%) və Türkiyənin (9%) payına düşür.