Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov (85 kq) IV İslam Həmrəyliyi Oyunlarında dörddə bir finalda xalça üzərinə çıxıb.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, ilk görüşdə idmançımızın rəqibi İran təmsilçisi Fallah Hamidabadi Mahdi olub.
İdmançımız 2:1 hesabı ilə rəqibinə qalib gələrək yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Aktual.az
Xəbər 489 dəfə oxunub.