Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov (80 kq) IV İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, final uğrunda mübarizədə güləşçimizin rəqibi Əlcəzair təmsilçisi Sid Azara Bagir olub.
R.Hüseynov rəqibinə vaxtından əvvəl - 10:1 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Aktual.az
Xəbər 511 dəfə oxunub.