Azərbaycan gimnastları final mərhələlərinə yüksəldilər - Bakı-2017

Azərbaycan gimnastları final mərhələlərinə yüksəldilər - Bakı-2017

Azərbaycan gimnastları Marina Durunda və Jalə Piriyeva Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının bəbii gimnastika yarışlarında final mərhələsinə yüksəliblər.

Trend-in məlumatına görə, təsnifat mərhələsində M.Durunda halqa ilə hərəkətlərdə 16.750 bal toplayaraq birinci pilləni tutub. J.Piriyeva isə ikinci nəticə göstərib - 16.300 bal.

Həmçinin finala Özbəkistandan Anastasiya Serdyukova və Sabina Taşkenbayeva, Türkiyədən Ecem Cankaya və Başak Nida Karaevli, Livandan Alisa Sadek və İndoneziyadan Vahyu Putri vəsiqə qazanıblar.

Topla hərəkətlərdə də M.Durunda və J.Piriyeva təsnifatı lider olaraq bitiriblər. Marina 16.200, Jalə isə 16.000 bal toplayıb.

Bu növdə finala, həmçinin Özbəkistandan Anastasiya Serdyukova və Nurinisso Usmanova, Türkiyədən Ecem Cankaya və Başak Nida Karaevli, Suriyadan Dina Əli Alşih və İndoneziyadan Vahyu Putri vəsiqə əldə ediblər.

Qeyd edək ki, bu gün açılışı olacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
 
Aktual.az
Xəbər 785 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR