Azərbaycan gimnastı Marina Durunda Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun finalına yüksəlib.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, M.Durunda təsnifatda 18.500 bal toplayaraq 5-ci yeri tutub ki, bu da onun finala yüksəlməsini təmin edib.
Beləliklə, təmsilçimiz sabah iki finalda - topla və lentlə hərəkətlər üzrə finallarda çıxış edəcək. Gürzlərlə çıxışların nəticəsinə görə M.Durunda 17.000 balla 13-cü yeri tutub.
Digər azərbaycanlı gimnast Jalə Piriyeva isə lentlə hərəkətlərdə 17.350, gürzlərlə hərəkətlərdə isə 16.750 bal toplayaraq müvafiq olaraq 14 və 18-ci yerlərdə qərarlaşıb.
Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçirilir. Yarışların ilk iki günündə çoxnövçülükdə 17 ölkənin gimnastı medallar uğrunda mübarizə aparır. Dünya Kubokunun son günündə ayrı-ayrı növlər üzrə finallar keçiriləcək.