Bu gün Bakıda Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə Dünya Kuboku yarışlarının ilk günündə azərbaycanlı gimnast Oleq Stepko halqalarla hərəkətlər üzrə finala çıxıb.
Aktual.az Trend-ə istinadən bildirir ki, təsnifatın yekunları üzrə o, 14,650 bal toplayaraq üçüncü yeri tutub.
Təsnifatda ən yaxşı nəticəni 15,050 bal toplamış türkiyəli gimnast İbrahim Çolak göstərib.