"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC videogörüntü kameraları alacaq.
Aktual.az Trend-ə istinadən bildirir ki, bu barədə rəsmi mətbuatda çap olunmuş tender məlumatında qeyd olunub.
Məlumatda bildirilir ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC ona məxsus obyektlərdə videogörüntü kameralarının alınması və quraşdırılması, kameraların şəhər təhlükəsizlik siteminə qoşulması ilə bağlı açıq müsabiqə elan edib.