"Formula-1" yarışları Azərbaycana 277,3 milyon dollar gəlir gətirib.
Aktual.az-ın məlumatına görə, bu barədə "PricewaterhouseCoopers” (PwC) audit şirkətinin apardığı müstəqil araşdırma nəticəsində hazırlanmış hesabatda bildirilib.
Qeyd olunub ki, bu rəqəmə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən, hotel, mehmanxana, restoran, nəqliyyat və digər sektorlarda qeydə alınmış gəlirlər daxildir.
Hesabatda vurğulanıb ki, Bakıda keçirilən "Formula 1" yarışları ölkənin iqtisadiyyatına əhəmiyyətli dərəcədə müsbət təsir göstərib.
Aktual.az
Xəbər 915 dəfə oxunub.