Azərbaycan əsgəri 3 gün necə gizlənib? - Manukyan

Azərbaycan əsgəri 3 gün necə gizlənib? - Manukyan

İnanmaq çətindir ki, Azərbaycan əsgəri üç gün ərzində Ermənistan ərazisində diqqətdən kənarda qala bilsin və Qarakilsədən Qafana gedə bilsin.
Aktual.az xəbər verir ki, bunu Ermənistan parlamentinin "Ermənistan” fraksiyasından olan deputatı Geqam Manukyan deyib.
"Bu hadisə özlüyündə görünməmiş biabırçıdır”, - deputat bildirib.
Qeyd edək ki, Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraiti nəticəsində itkin düşən əsgərimiz Aqşin Bəbirov aprelin 10-dan 11-nə keçən gecə Zəngəzur (Sünik) mahalının Bnunis kəndiədn bir evin qapısını döyərkən, Hüseyn Axundov isə 13 apreldə Açanan (Qafan) kəndi yaxınlığında saxlanılıb. H.Axundovun saxlanılarkən dəhşətli işgəncələrə məruz qaldığı ilə bağlı görüntüləri ermənilər özləri yayıb.
Xəbər 299 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR