Azərbaycan Haaqa Daimi Arbitaj Məhkəməsinə Ermənistana qarşı 2 dövlətlərarası arbitaj iddiası təqdim edib.
Aktual.az xəbər verir ki, bu barədə beynəlxalq arbitaj üzrə erməni ekspert Sərkis Qriqoryan deyib.
Onun sözlərinə görə, Azərbaycanın təqdim etdiyi işlər çərçivəsində artıq arbitaj məhkəmələri təyin edilib.
"Artıq iki iş üzrə ilk məhkəmə iclası keçirilib. Hazırda sübutlar, şahid ifadələri, ekspert rəyləri və s. daxil olmaqla hər iki iş üzrə proses davam etdirilir”, - o deyib. Əlavə edib ki, iddiaların məxfiliyi hələ açılmayıb.
Ermənistan və Azərbaycan tərəfi də məsələ ilə bağlı açıqlama verməyib.
Xəbər 964 dəfə oxunub.