Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri Moskvada görüşüblər

Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri Moskvada görüşüblər

Moskvada Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması üzrə Üçtərəfli İşçi Qrupun sayca 11-ci iclası keçirilib.
Rusiya Nazirlər Kabinetindən  verilən məlumata görə, dekabrın 6-da Moskvada Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Respublikası Baş nazirinin müavini Mger Qriqoryanın və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun birgə sədrliyi ilə Üçtərəfli İşçi Qrupunun növbəti iclası keçirilib.
"İclasda tərəflər Rusiya Federasiyasının Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması, eləcə də onlar arasında iqtisadi və nəqliyyat əlaqələrinin açılması səylərində müsbət rolunu qeyd ediblər.
Görüş zamanı Azərbaycan Respublikası, Ermənistan Respublikası, Rusiya Federasiyası arasında və regionda dəmir yolunun inşası, dəmir yolu nəqıiyyatının inkişafı və daşımaların təşkili məsələləri müzakirə olunub.
Tərəflər Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası liderlərinin regionda nəqliyyat və iqtisadi əlaqələrinin açılması ilə bağlı üçtərəfli bəyanatlarının icrası üzərində işi davam etdirəcəklər.
Azərbaycan və Ermənistan tərəfləri görüşün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Rusiya tərəfinə minnətdarlıqlarını bildiriblər", deyə məlumatda qeyd olunub.(apa)


Xəbər 348 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR