Gəlirlərin 80%-ə yaxını istehlak xərclərinə yönəldilib.
Azərbaycanda bu ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 8,4% artaraq 2 1493,9 milyon manata çatıb.
Bu barədə Aktual.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Gəlirlərin 78,2%-i son istehlak xərclərinə, 9,3%-i vergilərin, sığorta və üzvlük haqlarının, 2,7%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib. Gəlirlərin 9,8%-i isə yığıma yönəldilib.