Azərbaycan dünyada tolerant və multikultural ölkə kimi tanınır

Azərbaycan dünyada tolerant və multikultural ölkə kimi tanınır

Millət vəkili Q. Paşayeva "Multikulturalizm və vandalizm: düşüncə müxtəlifliyinə Avropadan baxışlar” mövzusunda beynəlxalq forumda xarici ölkələrdən gəlmiş gənclərə çağırış edib.

Ermənistanın törətdiyi vandalizm aktlarına dünyanın harasında doğulub harasında yaşamasına, etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər bir insan ğöz etiraz səsini ucaltmalıdır. Bunu millət vəkili Qənirə Paşayeva Beynəlxalq Mətbuat Mərkəzində Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin (GAAMC) təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə təşkil edilən "Multikulturalizm və vandalizm: düşüncə müxtəlifliyinə Avropadan baxışlar” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib. O, Azərbaycan dövlətinin və xalqının multikulturalizmə və tolerantlığa verdiyi dəyərdən danışıb. Millət vəkili Qənirə Paşayeva bildirib ki, xalqımız tarixən öz fəlsəfi görüşündə "dünya bizim evimizdir” prinsipini rəhbər tutub, Azərbaycanda əsrlər boyu etnik qrupların və müxtəlif dinlərin nümayəndələri sülh şəraitində yaşayıblar və bu gün multikulturalizm Azərbaycanda dövlət səviyyəsində təbliğ olunur. Q.Paşayeva işğal olunmuş Azərbaycan torpaqlarında ermənilər tərəfindən məhv edilən tarixi, maddi, mənəvi dəyərlərimiz, azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasəti və erməni vandalizmi barədə məlumat verib və xarici ölkələrdən gəlmiş gənc alimlərə,  fəallara,aydınlara səslənərək bəzi məsələlərə ciddi diqqət yetirməyə çağırıb: ” Müzakirə etdiyimiz bu  mövzu Avropanın və ümumiyyətlə dünyanın bu günü və gələcəyi üçün çox vacibdir. Rasizmin, neo-rasizmin,nifrət duyğularının,dözümsüzlüyün artması bizi ciddi narahat etməli və onun qarşısının alınması istiqamətində  birlikdə daha çox işlər görməliyik. Bu kimi hallara biganə qalmamalıyıq və onun qarşısını almaq üçün ümumi səylərimizi gücləndirməliyik. Bu kimi narahatlıq doğuran halların artmasının qarşısını almaq üçün bütün ölkələrdə gənc nəsillərə kiçik yaşlarından etibarən fərqli etnik, dini, sosial qruplara qarşı dözümlülük, hörmət və anlaşmanın öyrədilməsi vacibdir. Təhsil, mətbuat və medianın bu məsələdə rolu böyükdür. Rasizm, nifrətin, dözümsüzlüyün artmasının qarşısını ala bilməsək bu, yaxın gələcəkdə böyük faciələrə səbəb ola bilər. Biz hamımız bunun məsuliyyətini bu gündən dərk etməliyik və 20-ci əsrdə yaşanan faciələri unutmamalıyiq. Biz  bu cür hallardan əziyyət çəkən bir ölkənin vətəndaşıyıq.  Rasizm, nifrət duyğuları və dözümsüzlüyün nələrə səbəb olduğunu dostlarımızın daha yaxşı anlaya bilməsi üçün qeyd etmək istərdim ki məhz Ermənistanda dövlət siyasəti olaraq gənc nəsillərdə azərbaycanlılara qarşı yaratdıqları dözümsüzlük və nifrətin nəticəsi idi ki, 1988-ci ildə Ermənistandan 100 minlərlə azərbaycanlı silah gücünə, zorla öz doğma torpaqlarından çıxarılmışdır  və Ermənistan monoetnik bir dövlətə çevrilmişdir. Bir milyondan çox azərbaycanlı isə öz evindən qovulub və 20 ildən artıqdır ki, qaçqın və məcburi köçkün həyatı yaşayır. Bundan sonra isə Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini işğal edərək 20 mindən çox azərbaycanlını qətlə yetirmiş, Xocalı şəhərində dinc azərbaycanlılara qarşı soyqırımı həyata keçirmişdir. Bir milyondan çox azərbaycanlı isə öz evindən qovulub və 20 ildən artıqdır ki, qaçqın və məcburi köçkün həyatı yaşayır. Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus mədəni, tarixi,dini abidələri, qəbirstanlıqları məhv edirlər. Beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrə, eləcə də AŞPA-nın məlum 1416 saylı qətnaməsinə baxmayaraq, Ermənistan onların öz evlərinə dönməsinə imkan vermir. Məncə, bu qədər böyük insan faciəsi əslində müzakirə etdiyimiz bu mövzunu daha da geniş mənada anlamağımıza kömək edə bilər. Mən bu cür hallardan əziyyət çəkən bir ölkənin təmsilçisi kimi  xarici ölkələrdən gəlmiş gənc alimlərə, fəallara,aydınlara səslənərək bəzi məsələlərə ciddi diqqət yetirməyə çağırıram.  Sonda qeyd etmək istəyirəm ki, Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkə olmaqla yanaşı, həm də tolerantlığın daha da artması istiqamətində ciddi işlər görülür. Çünki biz hesab edirik ki, rasizmin və dini dözümsüzlüyün artdığı cəmiyyətlər mütləq ciddi problemlər və faciələrlə üzləşəcəklər. Azərbaycanda yaşayan müxtəlif dinlərin və millətlərin nümayəndələri heç vaxt dözümsüzlük və ya hansısa fobiyalarla rastlaşmayıblar. Fəxrlə söyləyə bilərəm ki, neonasizmə,dözümsüzlüyə, ksenofoiyaya əks qüvvə olan tolerantlıq və multikulturalizm əsrlərlə Azərbaycanda mövcud olub. Azərbaycan Prezidentinin fərmanı ilə ölkəmizdə Bakı Beynəlxalq Multikulturalizm mərkəzi təsis edilib, bu il mulkulturalizm ili elan olunub. Müasir dünyada tolerantlıq və multikulturalizmə heç bir alternativ yoxdur. Harada baş verməsindən asılı olmayaraq mənfi meyillərin qarşısının alınması istiqamətində ümumi səylərimizi gücləndirməliyik.
Xəbər 580 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR