Azərbaycan Davos Forumunun çox yaxın və fəal tərəfdaşlarından biridir.
Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
N.Məmmədov qeyd edib ki, Azərbaycan dünyanın bir sıra vektorlarında mühüm proseslərin fəal iştirakçısıdır: "Bunu da öz zəhməti, xarici siyasət kursu ilə, verdiyi töhfələrlə qazanıb. Şübhəsiz ki, onları qorumaq, saxlamaq, daha da möhkəmləndirmək təbii haldır".