Azərbaycan dünya səhiyyə reytinqində region ölkələri arasında liderdir

Azərbaycan dünya səhiyyə reytinqində region ölkələri arasında liderdir
  • DÜNYA

Nüfuzlu “The Lancet” jurnalı tərəfindən davamlı inkişafın tibbi göstəriciləri üzrə tərtib edilən dünya reytinqində Azərbaycan 75-ci yeri tutub.

Aktual.az  xəbər verir ki, tibb, həyat və sağlamlıqla bağlı olan davamlı inkişaf göstəriciləri üzrə ölkələrin reytinqi 0 (ən pis nəticə) 100 balarası şkala ilə qiymətləndirilən 33 göstərici üzrə ümumi hesablama əsasında tərtib edilib.

Azərbaycan reytinqdə orta hesabla mümkün 100 xaldan 63 xal toplayaraq 75-ci yerdə qərarlaşıb. Bu göstərici ilə Azərbaycan regionun digər ölkələrini geridə qoyub. Belə ki, reytinqdə Rusiya 119-cu, Türkiyə 103-cü, İran 104-cü, Gürcüstan 106-cı, Ermənistan isə 86-cı yerdə qərarlaşıb.

Reytinq tərtib edilərkən uşaq və körpə ölümü, yol qəzalarında ölüm, uşaqlarda artıq çəki, alkoqollu içki və tütün məmulatlarından istifadə, HİV, vərəm və hepatit B xəstəliyinə yoluxma, intiharların sayı və s. amillər nəzərə alınıb. Hər bir meyar üzrə qiymətləndirmə 1990-2015-ci illər aralığında olan vəziyyətin təhlili əsasında həyata keçirilib.

Reytinq siyahısına İslandiya başçılıq edir. İlk beşliyə Sinqapur, İsveç, Andorra və Böyük Britaniya daxil olub. Sonuncu, 188-ci yeri isə Mərkəzi Afrika Respublikası tutub.

Xəbər 312 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR