Qətərin paytaxtı Dohada "Böyük tədbirlərdə təhlükəsizlik" mövzusunda konfrans keçirilib.
Aktual.az-ın "Report"a istinadən məlumatına görə, tədbir zamanı Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatı zamanı ölkələrarası əməkdaşlıq və təcrübə mübadiləsi istiqamətində müzakirələr aparılıb. Konfrans iştirakçıları mütəşəkkil cinayətkarlıq, kibercinayətkarlıq və terrorizmə qarşı birgə mübarizənin vacibliyini vurğulayıblar. Bildirilib ki, indiyədək böyük tədbirlər təşkil etmiş ölkələrin təcrübələrindən, uğur və dərslərindən birgə yararlanmaq məqsədilə İnterpol tərəfindən "Stadia" layihəsi həyata keçirilməkdədir. Bu layihənin dünyanın təhlükəsizlik ekspertlərinin birgə fəaliyyəti üçün çox vacib alət olduğu diqqətə çatdırılıb.
Eyni zamanda, DÇ-2022-nin tam təhlükəsiz şəraitdə baş tutması üçün bütün lazımi tədbirlərin görüldüyü vurğulanıb.
İclasa İnterpolun 192 üzv ölkəsindən 65-i qatılıb. Azərbaycanı daxili işlər nazirinin müavini Oruc Zalov təmsil edib.
Xəbər 445 dəfə oxunub.