Azərbaycan dörd ayda Türkiyəyə qaz ixracını 48,4% artırıb

Azərbaycan dörd ayda Türkiyəyə qaz ixracını 48,4% artırıb

Bu ilin aprel ayında Azərbaycan Türkiyəyə 724,88 mln. kubmetr təbii qaz ixrac edib.

Aktual.az "Report”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Enerji Bazarı Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.
Məlumata görə, bu, ötən ilin aprel ayı ilə müqayisədə 2,5 dəfə çoxdur. Apreldə Türkiyəyə nəql edilən təbii qazın ümumi həcmində Azərbaycanın payı 20,42% olub.
Bu ilin yanvar-aprel ayları ərzində isə Azərbaycandan Türkiyəyə 2 989,1mln. kubmetr təbii qaz ixrac edilib. Bu, 2018-ci ilin ilk 4 ayı ilə müqayisədə 48,4% çoxdur. Bununla da Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkədir.
Qeyd edək ki, Rusiya Türkiyəyə qaz ixracına görə liderdir. Bu ilin aprel ayında Rusiyadan Türkiyəyə, təxminən, 1 496,7 mlrd. kubmetr təbii qaz ixrac olunub. Üçüncü yerdə qərarlaşan İran isə bu ilin aprel ayı ərzində Türkiyəyə 640,80 mln. kubmetr qaz nəql edib.
Xatırladaq ki, ümumilikdə, ötən ilin aprel ayında Türkiyə 3 550,34 mlrd. kubmetr qaz idxal edib ki, bu da 2018-ci ilin eyni ayına nisbətən 3,26% azdır.

Aktual.az
Xəbər 356 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR