Azərbaycan dolması UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildi

Azərbaycan dolması UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildi

Azərbaycan dolması UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Cənubi Koreyanın Çecudo adasında keçirilən Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin iclasında populyar adətlərin və yaradıcılıq formalarının - ənənəvi mahnı, mərasim və bayramların UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi üçün 34 yeni sifarişi müzakirə ediblər.
Azərbaycan həmin sessiyada milli dolma xörəyinin hazırlanması reseptinin bu siyahıya daxil edilməsi barədə müraciəti müsbət qarşılanıb və müvafiq olaraq Azərbaycan dolması Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.
Qeyd edək ki, Qeyri-Maddi Mədəni İrs Siyahısına nəsildən-nəslə keçən adətlər və yaradıcılıq formaları - şifahi ənənələr, ifaçılıq sənəti, sosial tədbirlər, bayram və mərasim adətləri, biliklər və təbiətlə, kainatla bağlı təsəvvürlər, habelə ənənəvi xalq sənəti texnikası daxil edilir. (trend)

Aktual.az
Xəbər 986 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR