Aktual.az pahoo.az-a istinadən bildirir ki, bu sözlər Azərbaycan dilində yoxdur.
1. Kilig (Taqal dili)
Romantik bir hadisə baş verəndə mədənizdə kəpənəklərin uçduğu hissinin yaranması.
2. Boketto (Yapon dili)
Bir mənzərəni heç bir mənası olmadan və bir şey ifadə etməyə çalışmadan seyr etmək.
3. Ya'arburnee (Ərəb dili)
Çox dərindən sevdiyiniz biri olmadan yaşaya bilməyəcəyinizi düşündüyünüz üçün ondan öncə ölmək istəyinizi ifadə etmək. Söz "məni basdır" olaraq tərcümə oluna bilər.
4. Depaysement (Fransız dili)
Öz vətənində yaşamamaq, yaşadığın yerdə yad olmaq hissi.
5. Jayus (İndoneziya dili)
Çox uğursuz, gülməli olmayan və insanı məhz bu səbəbdən güldürən zarafat.
6. Culaccino (İtalyan dili)
Stəkanı stoldan götürdükdən sonra aşağısında qalan mayenin izi.
7. Greng-jai (Tai dili)
Bir insanın sizin üçün özünə ziyan edəcək yaxşılıq etməyini istəməməyiniz hissi.
8. Mecolek (İndoneziya dili)
Birinin çiyninə zarafatca vuraraq "təlxəklik" etmək.
9. Pana Po'o (Havay dili)
Başınızı unutduğunuz bir şeyi xatırlamaq məqsədi ilə qaşımaq.
10. Chi Ku (Çin dili)
"Qəzəbini yemək". Bir insanın çətinliklərinə baxmayaraq qəzəbli insan olmamaq bacarığı.
11. Gigil (Taqal dili)
Qarşıqoyulmaz dərəcədə şirin olan birini çimdikləmək istəyi.
12. Kyoikumama (Yapon dili)
Bezmədən öz övladlarının akademik uğuruna təkan verən ana.
13. Cafune (Braziliyanın Portuqal dili)
Barmaqlarınızla birinin saçına nəzakətlə oxşamaq.
14. Yakamoz (Türk dili)
Ay işığının suda əks olunmağı.
15. Pochemuchka (Rus dili)
Çoxlu sual verən insan.
16. Verschlimmbessern (Alman dili)
Bir problemi düzəltməyə çalışarkən daha da pis etmək.
17. Zhaghzhagh (Fars dili)
Soyuqdan donarkən dişlərin titrəyərək bir-birinə toxunması.
18. Layogenic (Taqal dili)
Uzaqdan yaxşı görünən, amma yaxınlaşanda nə qədər pis olduğunun fərqinə vardığımız bir şey.
Xəbər 828 dəfə oxunub.