Azərbaycana daha bir mötəbər yarış həvalə edilib.
Aktual.az Apasport.az-a istinadən xəbər verir ki, 2018-ci ildə gimnastikanın batut növü üzrə Avropa çempionatı paytaxtımıza etibar olunub.
Bu barədə qərar Avropa Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin Lozannada keçirilən iclasında verilib. Bədii gimnastika üzrə 3 dəfə qitə çempionatına ev sahibliyi edən ölkəmiz bu idman növü üzrə ilk dəfə belə yarışı təşkil edəcək.
Azərbaycan bunadək isə idman gimnastikası (19-21 fevral) və batut (5-6 mart) üzrə Dünya Kubokunun mərhələ yarışını qəbul edəcək. Bədii gimnastika üzrə analoji isə Rio-de-Janeyro-2016 Olimpiya Oyunları ərəfəsində - iyulun 22-24-də Milli Gimnastika Arenasında baş tutacaq.
Qeyd edək ki, ölkəmizdə batut gimnastikasının əsası 2013-cü ilin sonunda qoyulub. Avropa Oyunları üçün hazırlanan komandanın heyətində İlya Qrişunin Bakı-2015-də bürünc medal qazanıb.