Rioda keçirilən Yay Olimpiya Oyunlarında cüdo yarışları davam edir.
Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, komandamızın üzvü Rüstəm Orucov da ilk görüşünə çıxıb.
73 kq çəki dərəcəsində mübarizə aparan Orucov mübarizəyə 1/16 final mərhələsindən start verib. Tiflis Qran-prisinin və son Avropa çempionatının qızıl medalçısı olan təmsilçimiz Didar Həmzəni (Qazaxıstan) sınağa çəkib. Görüş həmyerlimizin qələbəsi ilə başa çatıb.
Növbəti mərhələdə o, 1/8 finalda avstraliyalı Jak Benstedlə qarşılaşacaq.