Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Aktual.az-ın apasport.az saytına istinadən məlumatına görə, Çinin Huh-Hoto şəhərində baş tutan Qran-Pri turnirinin yekununa əsasən müəyyənləşən cədvəl Azərbaycan millisi üçün uğurlu alınıb.
Belə ki, komandamız bu yarışa qatılmasa belə, əsas heyət üzvləri arasında geriləmə müşahidə olunmayıb. Yığmamızın heyətində 90 kq çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyevlə Tural Səfquliyev hərəyə 1 pillə irəliləyiblər. Onlar müvafiq olaraq, 15-ci və 16-cı yerə yüksəliblər.
Millimizin digər cüdoçularından Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Rüfət İsmayılov (81 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi 100 kq), Uşanqi Kokauri (+100 kq), Aişə Qurbanlı (48 kq), Nəzakət Əzizova (52 kq) və Xanım Hüseynova (63 kq) mövqelərini qoruyublar. Onlar yenə müvafiq olaraq, 5-ci, 8-ci, 2-ci, 8-ci, 18-ci, 3-cü, 4-cü, 22-ci, 37-ci, 58-ci və 46-cıdır.
Təmsilçilərimizdən İlqar Müşkiyev (60 kq) isə geriləyib. O, 7 rəqibini özündən irəli buraxmaqla, 38-ci yerə enib.
Xəbər 637 dəfə oxunub.