Prezident İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) yaxın günlərdə Azərbaycan hökuməti adından Cibuti Respublikasına humanitar yardım göndərəcək.
FHN-in mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ünvana çatdırılacaq humanitar yardımın yola salınması üçün müvafiq hazırlıq işlərinə başlanılıb.
Aktual.az
Xəbər 315 dəfə oxunub.