Azərbaycan çempionatları ləğv edildi

Azərbaycan çempionatları ləğv edildi

Voleybol üzrə Azərbaycan çempionatları keçirilməyəcək.

Bu barədə apasport.az saytına Azərbaycan Voleybol Federasiyasından məlumat verilib. 

Bildirilib ki, yarışların keçirilməməsinə səbəb koronavirus pandemiyasıdır. Qapalı məkanda məşq etməyə qadağaların tətbiqi voleybolçuların hazırlıq keçməsi və yarışların təşkilinə imkan vermir. Bu üzdən də 2020/21 mövsümündə kişi və qadınlar arasında ölkə çempionatı, həmçinin 1-ci dəstədəki yarışlar baş tutmayacaq.

Koronavirus pandemiyası ötən mövsümün də yarımçıq dayandırılması ilə nəticələnmişdi. 2019/20 mövsümündə qaliblər elan olunmadan saxlanılıb.

Qeyd edək ki, növbəti – 2021/22 mövsümünün keçirilib-keçirilməməsi koronavirusla bağlı vəziyyətdən asılı olacaq. 

Voleyboldan öncə isə basketbol üzrə Azərbaycan çempionatında mövsümün ləğv olunması barədə qərar verilib. 
Xəbər 546 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR