"Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində telekommunikasiya xidmətlərinin alternativliyini təmin edəcək".
Aktual.az bildirir ki, bunu Trend-ə rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov deyib.
Onun sözlərinə görə, qoşunların təmas xəttində baş vermiş son hadisələr nəticəsində yaşayış obyektlərinə və rabitə obyektlərinə böyük ziyan vurulub: "Elektrik kabellərinin qırılmasından başqa, telekommunikasiya kabelləri də zərər görüb. Nazirin əmri ilə bu problemlərin aradan qaldırılması üzrə məşğul olacaq operativ qərargah yaradıldı. Qısa müddət ərzində onların işini bərpa etdik".