"Azərbaycan bütün dünyaya sülh və qardaşlıq mesajı verdi” MÜNASİBƏT


“I Avropa Oyunlarının həm açılışı, həm də bağlanışı özünün möhtəşəmliyi, müasirliklə millilliyin sintezi ilə bütün dünyanı heyran qoydu. Olduqca qısa zamanda və aparılan bu qədər anti-Azərbaycan kampaniyalarının fonunda belə yüksək səviyyəli bir təşkilatçılıq yalnız möhkəm siyasi iradə və güclü iqtisadi potensial sayəsində mümkün ola bilərdi. Azərbaycan I Avropa Oyunlarını yüksək səviyyədə keçirməklə özünün siyasi və iqtisadi qüdrətini ortaya qoydu”. Bu sözləri SİA-ya “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı I Avropa Oyunlarının yekunları ilə bağlı danışarkən deyib.

O  bildirib ki, oyunların bütün dünyanı heyrətə gətirəcək səviyyədə baş tutması Prezident İlham Əliyev və “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın gərgin əməyi sayəsində mümkün olub: “I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi böyük uğur və qələbədir. Bu uğur isə yalnız Azərbaycanın deyil, bütün bütün türk və müsəlman dünyasınındır. Dünyada islamafob meyllərin bu qədər sürətlə yayıldığı, bəzi Qərb daiələri tərəfindən İslam dünyasının adı ətrafında ciddi cəhdlə “terroçu” imicinin formalaşdırılmağa çalışıldığı bir məqamda Azərbaycan I Avropa Oyunlarını keçirməklə, bütün dünyaya sülh və qardaşlıq mesajı verdi”.

Xəbər 1202 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR