Azərbaycan bu təhdidlərin qarşısını ciddi şəkildə alacaq - XİN

Azərbaycan bu təhdidlərin qarşısını ciddi şəkildə alacaq - XİN

Azərbaycan bölgədə ona qarşı təhdidlərin qarşısını ciddi şəkildə alacaq.
Aktual.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Xarici İşlər Nazirliyinin son hərbi təxribatlar ilə bağlı bəyanatına dair şərhində bildirilib.
XİN rəsmisi vurğulayıb ki, Azərbaycan öz növbəsində, bölgədə ona qarşı təhdidlərin qarşısını ciddi şəkildə alacaq, sülh və quruculuq səylərini davam etdirəcək.
A.Hacızadə qeyd edib ki, Ermənistan sülh prosesinə ciddi yanaşdığını sübut etmək üçün ziddiyyətli bəyanatlar və təxribatçı addımlardan çəkinməli, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməlidir.
Xəbər 476 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR