Son 30 il ərzində Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramına (CAREC) üzv olan ölkələrindən Azərbaycana birbaşa investisiyalar 1,4 milyard ABŞ dolları, Azərbaycanın CAREC ölkələrinə birbaşa investisiyaları isə 4,2 milyard ABŞ dolları təşkil edib.
Aktual.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində keçirilən "İqlim, İnnovasiya və Ticarət üzrə CAREC Tərəfdaşlığı üzrə Nazirlər Görüşü"ndə bildirib.
"Azərbaycan CAREC-ə üzv ölkələr ilə ticarət və investisiya əlaqələrinin gücləndirilməsi istiqamətində səylərini davam etdirir. Bu ilin ilk 9 ayı ərzində Azərbaycanla CAREC üzv dövlətləri arasında ticarət dövriyyəsi təxminən 4 milyard ABŞ dolları təşkil edib və həmin dövrdə CAREC ölkələrinin Azərbaycanın ümumi xarici ticarətindəki payı 11,5 % olub. Qarşılıqlı investisiyalarda da eyni müsbət dinamikanı müşahidə edirik", - M. Cabbarov qeyd edib.
Xəbər 366 dəfə oxunub.