Azərbaycan bu il 4,2 mlrd. dollarlıq xam neft ixrac edib

Azərbaycan bu il 4,2 mlrd. dollarlıq xam neft ixrac edib

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan 14 180 033,50 ton həcmində xam neft ixrac edib

Report Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda xam neftin dəyəri 4 165 218,51 min ABŞ dolları təşkil edib.

Bu ilin səkkiz ayı ərzində ixrac olunan xam neftin miqdarı ötən ilin müvafiq dövründən 4,9%, dəyəri isə 34,87% az olub.

Hesabat dövründə ixrac olunan xam neft Azərbaycanın bu dövrdəki ümumi ixracının 71,93%-ni təşkil edib.

Qeyd edək ki, yanvar-avqust ayları ərzində Azərbaycanın ümumi ixracı 5 790 280,97 min dollar olub.

Xəbər 351 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR