Azərbaycan BMT-nin reytinqdə mövqelərini yaxşılaşdırıb

Azərbaycan BMT-nin reytinqdə mövqelərini yaxşılaşdırıb

Azərbaycan BMT Komissiyasının davamlı inkişaf naminə genişzolaqlı rabitə üzrə reytinqində fərdi istifadəçilər arasında internetə daxil olma səviyyəsinə görə mövqelərini yaxşılaşdırıb.

Aktual.az  Trend-ə istinadən bildirir ki, bu barədə "Genişzolaqlı rabitənin vəziyyəti 2016" hesabatında deyilir.

Aparılmış araşdırmalara əsasən, 2015-ci ildə Azərbaycan 2014-cü illə müqayisədə 27 pillə yüksələrək 191 ölkə arasında 77 faizlik nəticə ilə 36-cı yeri tutub.

Fərdi istifadəçilər arasında (inkişaf etməkdə olan ölkələr üzrə) internetə daxil olması səviyyəsi üzrə Azərbaycan 13 pillə yüksələrək 77 faiz nəticilə 147 ölkə arasında 11-ci yeri tutub.

Mobil genişzolaqlı internetə daxil olma dərəcəsinə görə Azərbaycan 60,92 faiz göstərici ilə 60-cı yerdə möhkəmlənib.

Xəbər 370 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR