Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda Pensilvaniya Universiteti nəzdində Uorton Biznes Məktəbi ilə birgə hazırlanmış `US News & World Report` versiyası üzrə biznes üçün əlverişli ən yaxşı ölkələrin siyahısı açıqlanıb.
Aktual.az xəbər verir ki, 10 mümkün baldan 3,8-ni toplayan Azərbaycan Qazaxıstan, İran, Rusiya və Türkiyə kimi, həmçinin Səudiyyə Ərəbistanı, Ukrayna, Misir, CAR, Argentina və bir çox başqa ölkələri qabaqlayaraq 43-cü yerdə qərarlaşıb.
Hesabat müəllifləri ölkədə istehsalat xərclərinin aşağı səviyyəsini və bürokratiya səviyyəsinin yüksək olmamasını qeyd ediblər. “Biznesin şəfaflığı reytinqi” bir sıra göstəricilər; korrupsiya, vergi sistemi, bürokratiya, məsuliyyət və hakimiyyətin şəffaflığı nəzərə alaraq tərtib edilib.
Reytinqinin lideri isə 10 bal toplamış Lüksemburq olub.