"Dağıstanla Azərbaycan arasında kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı Nəqliyyat Loqistika Mərkəzinin yaradılmasına dair bir sıra sənədlər hazırlanıb”.
Aktual.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipov deyib.
"Dağıstanda elə məhsullar istehsal olunur ki, Azərbaycan onları başqa ölkələrdən 3 dəfə baha alır. Ona görə də əməkdaşlıq üçün perspektivlər böyükdür.
Əməkdaşlığımız dövlətlərarası səviyyədə yaxşı inkişaf edir. Lakin regionlararası səviyyədə hələlik zəif işləyirik. Hər iki ölkədən regional nümayəndəliklərin sayı artmalıdır”, - deyə o vurğulayıb.
Aktual.az
Xəbər 383 dəfə oxunub.