Azərbaycan Belarusda prezident seçkilərini müşahidə edəcək

Azərbaycan Belarusda prezident seçkilərini müşahidə edəcək

Azərbaycan deputatı Rüfət Quliyev, parlament sədrinin köməkçisi – MDB PA-da Milli Məclisin daimi nümayəndəsi Aydın Cəfərov oktyabrın 9-da Belarusun paytaxtı Minsk şəhərinə səfər edəcəklər.

Milli Məclisin mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, nümayəndə heyətimiz Belarusda keçiriləcək prezident seçkilərini müşahidə edəcək. Milli Məclisin təmsilçiləri Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının missiyası tərkibində prosesə qatılacaqlar. Müşahidəçilər müxtəlif məntəqələrdə səsvermənin gedişatını izləyəcək, yerlərdə seçicilər üçün yaradılmış şəraitlə tanış olacaqlar.

Səfər oktyabrın 13-də başa çatacaq.

Aktual.az

Xəbər 651 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR