Azərbaycan bayrağını zibilliyə atdılar

Azərbaycan bayrağını zibilliyə atdılar

Facebook sosial şəbəkəsində Azərbaycanın üçrəngli bayrağının zibillikdən asıldığını əks etdirən video və fotoşəkillər yayılıb.

Aktual.az oxu.az-a istinadən bildirir ki, məlumatı bölüşən Yusif Məmmədli adlı istifadəçi yazır ki, bayraq əvvəlcə zibil yeşiyində imiş.

Yusif deyir ki, bayrağı Yasamal rayonu ərazisində "Saf su" adlanan sudoldurma məntəqəsinin arxasında aşkarlayıb.

Həmin zibillikdən şüşə butulka toplayan bir gənc bayrağı qaldıraraq, ağaca asıb. Daha sonra bayrağı götürən Yusif onu öz iş yerinə gətirib.

Hazırda bayraq Qarabağ müharibəsi iştirakçısının evindədir.

"Kimisi bu bayrağı ölkədə və xaricdə yüksəklərə qaldırır, kimisi də Vətənin içində zibilliyə atır", - deyə, istifadəçi yazıb.

/ Aktual.az

Xəbər 1022 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR