​Azərbaycan "Bakı 2015"də medallarının sayını 16-ya çatdırıb

​Azərbaycan

Azərbaycanın qadın güləşçisi Natalya Sinişin "Bakı 2015" I Avropa Oyunları çərçivəsində 55 kq çəki dərəcəsində üçüncü yer uğrunda mübarizəyə qoşulub.
"Report"un məlumatına görə, ukraynalı Tatyana Kitlə üz-üzə gələn qadın pəhləvan görüşün sonunda bürünc medalı aktivinə yazdırıb.
Gərgin keçən yarışın sonunda N.Sinişin 10:0 hesabı ilə qalib gəlib. 

Qeyd edək ki, Natalya Sinişin ilk görüşdə italiyalı Patrizia Liuzzini (10:0), 1/4 finalda türkiyəli Bediha Günü (12:0), yarımfinalda isə isveçli Sofia Mattssonu (6:5) məğlub edib.
Bununla da Azərbaycan "Bakı 2015" medallarının sayını 16-ya çatdırıb. Ölkəmizin aktivində 7 qızıl, 2 gümüş və 7 bürünc medal var.

Aktual.az

Xəbər 718 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR