ATƏT regionda təhlükəsizlik təhdidləri ilə mübarizəyə daha çox səy göstərməlidir.
Aktual.az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycanın ATƏT-dəki daimi nümayəndəliyinin təşkilatın Daimi Şurasının növbəti görüşündə yaydığı bəyanatda deyilir.
Bəynatda deyilir ki, uzadılmış münaqişələr ATƏT məkanında ən böyük təhlükə olaraq qalır və ciddi problemlər yaradır: "ATƏT Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə məşğul olan yeganə beynəlxalq təşkilatdır, buna görə də təşkilat münaqişənin həllinə prioritet kimi baxmalıdır".