Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Məndən xahiş olunub ki, Azərbaycanla bağlı həll yolu tapmaq üçün Nazirlər Komitəsinin nə edəcəyi barədə ətraflı məlumat verim. Bir daha vurğulamaq istərdim ki, əsas məqsədimiz ümumi ideyalarımızı qorumaq və təbliğ etmək üçün birliyi gücləndirməkdir. Xüsusilə də Avropa Şurasının 75 illik yubileyi üçün simvolik olaraq vurğulayaq ki, Şura Avropada insan hüquqlarının üstünlüyünü, demokratiyanı və hüquqi dövləti təşviq etmək üçün 46 üzv dövlətin hökumətləri və parlamentləri arasında çoxtərəfli əməkdaşlıq üçün unikal platforma təklif edir.
Aktual.az xəbər verir ki, bu fikirləri qurumun Nazirlər Komitənin sədri, Lixtenşteynin xarici işlər, təhsil və idman naziri Dominik Hasler Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında çıxışında deyib.
Bildirib ki, Azərbaycan 2001-ci ildə üzv olduqdan sonra demokratik keçid prosesində Avropa Şurasının dəstəyindən yararlanıb. Həmçinin Avropa Şurası da Azərbaycanın dəyərlərinin təbliğinə və təsirinin artırılmasına verdiyi töhfədən bəhrələnib. Bu, zaman baxımından məhdud olmayan və şübhəsiz ki, yarımçıq qalan qarşılıqlı faydalı əməkdaşlıqdır.
Azərbaycanın quruma verdiyi töhfələri, nümayəndə heyətinin təşkilatdakı layiqli yerinə tezliklə qayıtmasına ümidvarlığını vurğulayan Dominik Hasler qeyd edib:
"Düşünürəm ki, bir-birimizə ehtiyacımız var. Ümid edirəm, Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq ki, bizi birləşdirən dəyərlərin qorunması naminə əməkdaşlıq və dialoq davam etsin. Mən Avropa Şurasının 75 il ərzində gördüyü nəhəng işi davam etdirmək imkanı vermək üçün ən məqbul həll yollarını təşviq etməyə hazıram və Parlament Assambleyasına, Nazirlər Komitəsinə, Baş katibə üçtərəfli görüş zamanı gözəl əməkdaşlığa görə bir daha təşəkkür etmək istəyirəm”.
Xəbər 328 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR