“Azərbaycan anti-terror əməliyyatı ilə Xankəndini nəzarətə götürməlidir” - VİDEO

“Azərbaycan anti-terror əməliyyatı ilə Xankəndini nəzarətə götürməlidir” - VİDEO

"Yumşaq təzyiqlə, necə ki Fərrux yüksəkliyini bizim qoşunlarımız döyüşmədən, atəş açmadan - qoşun gəlir, təzyiqini göstərir, onlar da müqavimət göstərə bilmir. Əgər bu variant effekt vermirsə - Azərbaycan siyasi-hərbi rəhbərliyi bunun üzərində düşünməlidir - deməli, ən azından lokal, kiçik bir anti-terror əməliyyatı keçirilməlidir”.

Aktual.az xəbər verir ki, bunu Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı "ARB 24” televiziyasının "Nə baş verir?” verilişinin efirində çıxışı zamanı bildirib.

A. Nağı qeyd edib ki, əsas məsələ nədirsə, o da həll olunmalıdır:

"Bu gün əsas məsələ kommunikasiya, Zəngəzur dəhlizi, delimitasiya, sülh müqaviləsi məsələsi deyil. Çünki onların hər biri çox uzun vaxt aparan məsələlərdir. Bizim bu gün Gürcüstanla da sərhədimiz tam delimitasiya olunmayıb, Rusiya ilə də müəyyən problemlərimiz var. Biz əsas götürsək ki, delimitasiya ilə məşğul oluruq, o zaman digər məsələlər kənarda qalacaq. Bizim üçün əsas məsələ - bunların kökündə nə dayanır? - ordakı terror qrupu ləğv olunmalıdır. Azərbaycan Xankəndini nəzarətə götürməlidir”.
Xəbər 690 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR