Azərbaycan-Amerika Alyansı öz fəaliyyətini davam etdirir

Azərbaycan-Amerika Alyansı öz fəaliyyətini davam etdirir

Dünən yerli mətbuatda ABŞ-da Azərbaycanın maraqlarının təbliği istiqamətində fəaliyyət göstərən Azərbaycan-Amerika Alyansının bağlanması barədə məlumat yayılıb.

Bildirilir ki, bir neçə həftə əvvəl təşkilatın Vaşinqtondakı ofisini bağlanıb, Azərbaycan-Amerika Alyansı rəsmən buraxılıb.

Ölkə.Az xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a danışan Azərbaycan-Amerika Alyansının icraçı direktoru Xəyal Şərifzadə yayılan bütün bu məlumatları cəfəngiyat və həqiqətə uyğun olmayan adlandırıb.

“Azərbaycan-Amerika Alyansı öz fəaliyyətini əvvəlki qaydada, və daha geniş miqyasda davam etdirir.

Bildiyimiz kimi, bu yaxınlarda Azərbaycan-Amerika Alyansının rəhbəri, Makedoniyanın Azərbaycandakı fəxri konsulu Anar Məmmədov Azərbaycanın paytaxtı Bakının erməni daşnaklarından azad edilməsinin 97-ci ildönümü münasibətilə Vaşinqtona səfər edəcək.

Bu səfərin əsas məqsədi 15 sentyabr 1918-ci ildə Bakının erməni daşnakları, erməni terrorçularından azad edilməsi uğrunda Azərbaycan xalqının apardığı istiqlal mübarizəsi, daşnakların xalqımıza qarşı törətdiyi soyqırım barədə ətraflı məlumatlandırmaqdır.

Bu, Alyansın Azərbaycan həqiqətlərinin ABŞ-da təbliği istiqamətində atdığı addımlardan biridir. Bildiyimiz kimi, bundan əvvəl Alyans Xocalı həqiqətlərinin geniş təbliği istiqamətində böyük işlər həyata keçirmişdir və gələcəkdə də bu kimi tədbirlərini davam etdirəcək.

Digər tərəfdən, Alyansın təsisçisi və rəhbəri Anar Məmmədov rəhbəri olduğu qurumun fəaliyyəti haqqında bu cür həqiqətə uyğun olmayan məlumatların yayılmasından çox təəssüflənir.

Böyük təəssüf hissi ilə qeyd etməliyik ki, Azərbaycan-Amerika Alyansının ABŞ-da keçirdiyi Xocalı soyqırımının tanıtım aksiyasının öz səhifələrində işıqlandırılmasına biganə münasibət bəsləyən bəzi yerli mətbu orqanlar bu gün erməni təbliğatının dəyirmanına su tökməklə, Azərbaycan həqiqətlərinin ABŞ-da təbliği istiqamətində fəaliyyət göstərən bir ictimai təşkilata dəstək vermək əvəzinə, onun fəaliyyətini qaralamaqla məşğuldurlar.

Azərbaycanın qarşılaşdığı haqsızlıqların erməni diasporunun çox güclü köklərə malik olduğu ABŞ-da təbliği milli dövlətçilik maraqlarımızdan irəli gəlir. Biz çox ümid edirik ki, gələcəkdə Azərbaycan mətbuatı bizim bu ümumi işimizdə - Vətənimizin maraqlarının təbliği işində bizə dəstək göstərəcək”, - deyə, Xəyal Şərifzadə bildirib.

Təşkilatın fəaliyyəti barədə www.azerbaijanamericaallliance.org saytından,www.facebook.com/pages/Azerbaijan-America-Alliance səhifəsindən tanış ola bilərsiniz.

/ Aktual.az

Xəbər 947 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR