Azərbaycan “Aİ-92” markalı benzinin idxalını dayandırıb

Azərbaycan “Aİ-92” markalı benzinin idxalını dayandırıb

Azərbaycan Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsalın bərpa edilməsindən sonra “Aİ-92” markalı benzinin idxalını dayandırıb.

Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, NEZ-də təmir müddəti ərzində ölkəyə təqribən 30 min ton benzin idxal edilmişdi.

R.Abdullayev qeyd edib ki, hökumətin “Aİ-92” benzinin idxalına tətbiq etdiyi gömrük rüsumlarına baxmayaraq, SOCAR bir neçə milyon dollaradək zərər görüb, çünki idxal olunan benzinin qiyməti onun daxili bazardakı dəyərindən iki dəfə çoxdur.

 

Xəbər 436 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR