Azərbaycanda Tayvanın "Acer" şirkətinin brendi altında kompüter texnikası istehsalı layihəsi reallaşdırılmağa başlanılıb.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən deyiblər.
Məlumata görə, kompüter texnikası Mingəçevirin "KÜR" kompüter texnikası istehsalı zavodunda istehsal edilir.