Keçən il xarici ölkələrin məhkəmə qərarlarının tanınması və icra olunması, cinayət işləri və digər məsələlər üzrə hüquqi yardım, ekstradisiya ilə bağlı 17 500-dək sorğunun icrası üzrə tədbirlər görülüb.
Aktual.az report-a istinadən bildirir ki, bu barədə məlumat Azərbaycan Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Cəzalarının qalan hissəsini öz ölkəsində çəkmək üçün 67 məhkumun təhvil verilməsi və alınması həyata keçirilib.